İran rəhbəri Əli Xamenei kiberməkanda hökumətə qarşı paylaşımları bəyənməyin doğru olmadığını deyib.
AzerTimes xəbər verir ki, bu barədə SEPAH-a bağlı “Fars” xəbər agentliyi məlumat yayıb.
“Kiber məkanda əxlaqsızlığın təbliği, düşmən cəbhəsinin güclənməsi və hökumətin zəifləməsinə hesablanan paylaşımları bəyənmək və ya təsdiq etmək olmaz”, – Əli Xamenei bildirib.