Xamenei Rusiyanın işğal savaşını dəstəklədi

Xamenei Rusiyanın işğal savaşını dəstəklədi

İranın Ali dini lideri Əli Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyini açıqlayıb.

AzerTimes IRNA-ya istinadən xəbər verir ki, bu barədə Ə.Xamenei Rusiya Prezidenti Vladimir Putini qəbul edərkən deyib.

Müharibənin heç də xoş bir hal olmadığını və bundan adi insanların əziyyət çəkdiyini vurğulayan İranın ali rəhbəri eyni zamanda Rusiyanın Ukraynanın suveren ərazilərinə hərbi müdaxiləyə başlamasını dəstəkləyib:

“Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı”.

Bundan başqa, Əli Xamenei qərbpərəstlərin güclü və müstəqil Rusiyaya qarşı olduğunu qeyd edib:

“Onları Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar”.

Teqlər: