Xəbər - Elnur Bağışov – Trend:
İranın ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün İran prezident seçkilərində səsvermədə iştirak edib.
AzerTimes-ın məlumatına görə, İranın ali lideri həmçinin 6-cı çağırış şəhər və kənd bələdiyyələri seçkiləri, 5-ci çağırış Rəhbərlik Ekspertlər Məclisinin dövrlərarası seçkiləri və 11-ci çağırış İran parlamentinin dövrlərarası seçkiləri ilə əlaqədar səs verib.
Qeyd edək ki, bu gün İranda 13-cü çağırış prezident seçkiləri yerli vaxtla 07:00-da başlayıb. Seçkilərdə prezidentlik uğrunda 4 namizəd – İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, İran parlamentinin sədr müavini Əmir Hüseyn Qazizadə Haşemi və İranın Mərkəzi Bankının sabiq baş direktoru Əbdülnasir Hemməti rəqabət aparır. Prezident seçkilərinin gecə saat 00:00-dək davam etməsi nəzərdə tutulub və səsvermə müddəti lazım gələrsə 02:00-dək uzadıla bilər. 13-cü çağırış prezident seçkilərində 59,3 milyon seçicinin səsvermə hüququ var.