İran rəhbəri Əli Xamenei yanvarın 30-da ölkə valiyutasının ucuzlaşması barədə danışıb.
AzerTimes xəbər verir ki, o, ölkənin iqtisadi inkişafı üçün nəzərdə tutulan 5 illik planın uğurla yerinə yetiriləcəyinə ümid etdiyini deyib.
“Bir ölkənin mövqeyi daha çox onun iqtisadi vəziyyəti ilə bağlıdır. Ölkənin valyutası ucuzlaşdıqda iqtisadi imkanları azalır, nüfuzu və dünyada mövqeyi zəifləyir”, – Əli Xamenei bildirib.