Hizbullahın vəzifəsi Qəzza zolağının müdafiəsidir.
AzerTimes xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xamenei Tehranda cümə xütbəsi zamanı deyib.
O, Hizbullah və HƏMAS-a müraciət edərək, onları mübarizəni davam etdirməyə və ümidsizliyə qapılmamağa çağırıb:
“Region ölkələri sülh və əmin-amanlıq axtarır, yeganə problem xarici müdaxilədir” deyən Xamneyi ABŞ-ı İsraili dəstəkləməkdə ittiham edib.
“Əqsa tufanı” (7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu – red.) əməliyyatını “bütün bölgəyə xidmət” adlandıran Xamenei 27 sentyabrda öldürülən Hizbullah lideri Həsən Nəsrullahın ədalətli mübarizənin önündə olduğunu vurğulayıb.