İran rəhbəri Əli Xaməneinin HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunu təqdir etməsini müsbət qarşılamırıq.
AzerTimes xəbər verir ki, bunu Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas deyib.
“Bu vasitə ilə fələstinliləri qurban verirsiz. Bu isə müstəqil Fələstin dövlətinin qurulması ilə nəticələnməyəcək”, – Abbas bildirib.
Qeyd edək ki, Əli Xamenei iyunun 3-dəki çıxışında HƏMAS-ın İsrailə hücumunu təqdir edərək, bunun bölgə üçün vacib məsələ olduğunu deyib.