İranın ali rəhbər Ayətullah Əli Xamenei tərəfindən qadağan edildiyi üçün heç vaxt nüvə silahı istehsal etməyə çalışmayacağıq.
AzerTimes xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.
“Ali Liderin fətvasına əsasən, biz heç bir şəkildə nüvə silahı yaratmağa çalışmamışıq və çalışmayacağıq, heç kimə bu siyasətdən kənara çıxmağa icazə verilmir”, – deyə bildirib.