İranın dini rəhbəri Əli Xamenei Hizbullah lideri Həsən Nəsrullaha həyatının təhlükədə olması ilə bağlı xəbərdarlıq etmişdi və onun Livandan çıxmasını istəyib.
AzerTimes xəbər verir ki, bu barədə “Royters” üç İran mənbəsinə istinadla məlumat yayıb.
Məlumata görə, 17 sentyabrda Hizbullah üzvlərinə məxsus peycerlərin partlamasından sonra Xamenei Həsən Nəsrullahın yanına xüsusi nümayəndə göndərərək həyatının təhlükədə olduğunu deyib.
“Royters” adı açıqlanmayan İran mənbəsinə istinadla bildirib ki, Xameneinin mesajını Həsən Nəsrullaha SEPAH generalı Abbas Nilfuruşan çatdırıb.
Qeyd edək ki, Abbas Nilfuruşan İsrailin Həsən Nəsrullahın gizləndiyi sığınacağa endirdiyi hava zərbələri nəticəsində onunla birgə həlak olub.