İranın dini rəhbəri Əli Xamenei fevralın 18-də Tehranda Şərqi Azərbaycandan olan bir qrup şəxslə görüşüb.
AzerTimes xəbər verir ki, o, görüşü zamanı martın 1-də keçiriləcək parlament və Ekspertlər Məclisinə seçkilərlə bağlı azərbaycanlılara çağırış edib:
“Hər kəs seçkilərdə iştirak etməlidir. Seçkilər İslam Respublikası sisteminin əsas sütunudur və ölkədə islahat aparmağın yolu seçkilərdən keçir”.
İranda seçkilərin hər zaman şəffaf və ədalətli keçirildiyini iddia edən Xamenei bunun düşmənlər qarşısında milli birliyin təzahürü olduğunu vurğulayıb.
Qeyd edək ki, İranın “Vətəne emruz” qəzetinin keçirdiyi rəy sorğusuna görə, iranlıların 52 faizi seçkilərin keçiriləcəyi tarix barədə məlumatsızdır.