İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ universitetlərinin tələbələrinin Fələstin xalqının müdafiəsində tutduqları mövqelərini yüksək qiymətləndirib.
AzerTimes xəbər verir ki, bu barədə Xameneinin tələbələrə ünvanladığı müraciətdə qeyd olunub.
“Mən bu məktubu oyanmış vicdanı onları Qəzzanın məzlum qadın və uşaqlarının müdafiəsinə qalxmağa vadar edən gənclərə yazıram. Siz Müqavimət Cəbhəsinin bir qolunu yaratdınız və qəsbkar və qəddar sionist rejimini açıq şəkildə dəstəkləyən hökumətinizin amansız təzyiqləri qarşısında şərəfli mübarizəyə başladınız. Mən sizə, gənclərə rəğbət bəsləyənlərdənəm və əzmkarlığınızı yüksək qiymətləndirirəm”, – Xamenei bildirib.