Lider mobil operatorun təşəbbüsü və dəstəyilə ən sevilən folklor incilərimizdən biri bloqer Azər Qəribin ifasında artıq Bookmate tətbiqində
“Azercell Telekom” MMC xalqımızın mədəni irsinin qorunub saxlanması, istər yazılı, istərsə də şifahi xalq ədəbiyyatı nümunələrinin daha müasir və dinamik şəkildə oxuculara çatdırılması sahəsində növbəti təşəbbüslə çıxış edib. Bilavasitə şirkətin təşəbbüsü ilə ərsəyə gələn son layihə çərçivəsində isə xalqımızın vətənpərvərlik və qəhrəmanlıq tarixini təcəssüm etdirən “Koroğlu” dastanı fərqli və rəqəmsal formatda kitab həvəskarlarının ixtiyarına verilib. Epos səsli formatda işlənib-hazırlanmış Azercell-in “Bookmate” mobil tətbiqinin “Audiobook” (“Audio Kitab”) bölümünə yüklənəcək. Belə ki, “Koroğlu” dastanının 10 qolu tanınmış jurnalist və səyyah-bloqer Azər Qəribin ifasında səsləndirilib, eposun bəzi bəndləri isə gənc bəstəkar və folk-rok ifaçısı Vüsal Rzasoy tərəfindən eksklüziv musiqi nömrələri ilə ifa olunub. Bundan əlavə, bədii illüstrasiyalarla müşayiət edilən “Koroğlu” audiokitabı üçün hazırlanan təsvirlər üzərində gənc rəssamlar Bəxtiyar Zaidzadə və Zəhra Əzimzadə çalışıb.
Nəzərinizə çatdıraq ki, 21 fevral tarixində bloqer Azər Qəribin rəsmi Facebook səhifəsində layihənin eksklüziv təqdimatı baş tutacaq. Layihəni, həmçinin, Azercell-in rəsmi Youtube kanalından da izləmək mümkün olacaq.
Qeyd edək ki, Azercell “Bookmate” mobil tətbiqinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. “Bookmate” məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audio kitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Azercell bu əməkdaşlığın ilk ilindən mobil kitabxananın Azərbaycan dilində olan kontentini zənginləşdirməyi hədəfləyib. İndiyədək Azercell-in təşəbbüsü ilə onlarla əsər elektron və audio kitab versiyada tətbiqə yüklənib. Dahi şair-mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley ilində şairin məşhur qəzəl və rübailəri üç dildə səsləndirilərək “Bookmate” proqramının “Audio Kitab” bölməsinə yüklənilmişdi.
Azercell-in təqdimatında “Koroğlu” audiokitab layihəsi və digər faydalı materiallardan zövq almaq üçün https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html səhifəsi vasitəsilə Bookmate tətbiqinə qoşulma qaydaları barədə ətraflı məlumat əldə etmək olar.
Layihəmizin davamını izləyin!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.