Bu gün xoş təəssüratlar yaşayırıq. Gözlədiyimiz gün gəldi. Şuşa azad olundu. Vaqifin məqbərəsi, Vaqifin ruhu azad olundu. Bu günün şahidi olmaq xoşbəxtlikdir. Taleyimə minnətdaram ki, belə bir gün yaşadım.
Trend xəbər verir ki, bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar jurnalistlərə müsahibəsində söyləyib.
Qeyd edək ki, avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Xatırladaq ki, avqustun 29-da Şuşada Molla Pənah Vaqifin büstü açılıb, muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub.