Bu gün növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilən Anar Rzayev və xalq yazıçısı Çingiz Abdullayevin jurnalistləri təhqir etdiyi bildirilir.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Anar sözlərinin bu cür qəbul edilməsinə qarşı çıxıb.
“Mən heç bir jurnalisti ilan adlandırmamışam. Belə bir şey olmayıb”, – Anar deyib.
Çingiz Abdullayev isə onun jurnalistləri deyil, jurnalistlərin onu təhqir etdiyini bildirib:
“Əksinə, jurnalistlər məni təhqir edib. Qurultay artıq bitmişdi. Başladılar sual verməyə. Mən də onlara dedim ki, axmaq-axmaq suallar verməyin”, – Abdullayev bildirib.
Qeyd edək ki, Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda sual verən jurnalistə “sən utanıb ölmürsən” deyib. Anar isə “medianın zəhərini uda-uda” sözlərini işlədib.