Erməni politoloq Stepan Danielyan Tavuşda başlayan və genişlənən etiraz aksiyalarının “inqilaba səbəb olmaması”ndan narahatlığını bildirib.
AzerTimes xəbər verir ki, o, 2018-ci ildə də eyni prosesin yaşandığını, ancaq hazırda 2018-ci ilin aprelində baş verənlərin təkrarlanmadığını deyib.
“Məlum olur ki:
– yollar polis əməkdaşlarının köməyi ilə açıla bilər,
– mitinqə gələn hərbçilər qorxuya düşə bilər, üzr istəyər,
– dövlət qurumları hücuma məruz qaldıqda siz bunkerə girib, insanların yorulmasını gözləyə və yenidən bunkeri tərk edə bilərsiniz.
Sual yaranır: 2018-ci ildə baş verənlər niyə indi baş vermir? Məndən cavab gözləməyin”, – politoloq qeyd edib.
Onun sözlərinə görə, səbəblər çoxdur:
“- hamı başa düşür ki, Paşinyan getsə, köhnə kriminal klanlar hakimiyyətə qayıdacaq;
– xalq müxalifətin intriqalarından bezib;
– hər kəs yaşamaq deyil, sağ qalmaq məcburiyyətində olduğu şəraitdən yorulub;
– insanlar get-gedə anlamağa başladılar ki, bütün problemlərin həlli Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, ərazi iddialarından əl çəkməkdən, regionda kommunikasiyaların açılmasından keçir”.