4 aprel 2022-ci il tarixdə Xalq Bank Türkiyə Respublikasının
Ziraat Bankının istehsalda ekoloji, sosial və idarəetmə meyarlarına
(ESG) uyğun olaraq, eyni zamanda gender bərabərliyinin
dəstəklənməsi üçün istifadə olunacaq 1,24 milyard dollar məbləğində
sindikat kreditləşməsi layihəsində iştirak etmişdir.
Layihədə 21 ölkədən 45 bank yer almışdır. Xalq Bankın bu
layihədə iştirakı banklararası münasibətlərin möhkəmləndirilməsi və
Türkiyə Respublikası bankları ilə əməkdaşlığın davamlı inkişafının
təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Sindikat kreditləşməsi bir borcalana vəsait ayrılması üçün
kreditorlar qrupu tərəfindən təklif olunan maliyyələşdirmə
alətidir.
Xatırladaq ki, Türkiyə Respublikasının dövlət bankı olan Ziraat
Bank 1863-cü ildən fəaliyyət göstərir. Bankın dünya üzrə 111
nümayəndəliyi mövcuddur.
2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas maliyyə və bazar
göstəricilərinə görə
Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.