Xalq Bank FICO Siron proqramının tətbiqini başa çatdırıb

Xalq Bank və RDTEX şirkəti FİCO Siron proqram təminatı
bazasında çirkli pulların yuyulması və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin qurulması
layihəsini başa çatdırdığını elan etdi.

Uğurla istifadəyə verilən sistem Banka müştəri davranışı və
əməliyyatlarının monitorinqi (Siron®AML),
müştəri risklərinin qiymətləndirilməsi (Siron®KYC),
eyni zamanda ödənişlərin real vaxt rejimində avtomatik yoxlanılması
imkanını verir. FİCO proqram təminatının tətbiqi nəticəsində qeyd
olunan sahədə risklər minimuma endirilir.

Əməliyyatları həyata keçirən Bank əməkdaşları qərarların real
vaxt rejimində qəbulu üçün, həmçinin daha əvvəl icra edilmiş
əməliyyatların təhlili üçün sistemin komponentlərinə çıxış
imkanlarına malikdirlər. Proqram təminatı iş prosesi zamanı
mürəkkəb ssenari və filtrlərin, o cümlədən müəyyən açar sözlər və
kriteriyaların tətbiqinə imkan verir. Bütün bu əməliyyatların vahid
platformada həyata keçirilməsi Bankın insan resurslarının səmərəli
istifadəsinə səbəb olur.

Xalq Bank ÇPY/TMM proseslərin avtomatlaşdırılması layihəsinə
Bankın İT-infrastrukturunun təkmilləşdirilməsinin bir mərhələsi
olaraq 2020-ci ildə start verib. Layihə ərzində Siron proqramının
tətbiqi ilə məlumat sisteminin inteqrasiyası baş tutmuş,
qanunvericiliyin tələblərinin və daxili nəzarət qaydalarının yerinə
yetirilməsini təmin edən zəruri yoxlama ssenariləri sazlanmışdır.
Layihə çərçivəsində Bankın maliyyə monitorinqi bölmələrinin
əməkdaşlarına proqram təminatı ilə işləmək imkanı yaradılmış,
maliyyə fırıldaqçılığı ilə mübarizədə ən yaxşı beynəlxalq
təcrübələrin təqdimatı həyata keçirilmişdir.

“Xalq Bank hazırda bazarın aparıcı banklarından biri olaraq bank
məhsul və xidmətlərinin çeşidini daim artırır və bu istiqamətdə ən
müasir İT-həlləri tətbiq edir. ÇPY/TMM üzrə proseslərin
avtomatlaşdırılması üçün İT sahəsində xidmət göstərən beynəlxalq
şirkətin seçilməsi də biznesin inkişafına xüsusi yanaşmanı təsdiq
edir. FICO Siron proqram təminatının istifadəsi Banka maliyyə
fırıldaqçılığı ilə mübarizə sahəsində riskləri minimuma endirməyə
kömək edəcək.” – Xalq Bankın risklərin idarə edilməsi idarəsinin
rəisi Murad Mirzə qeyd edir.

“Öz növbəmdə Bankın layihəyə qatılan komanda üzvlərinin yüksək
peşəkarlıq səviyyəsi və aktiv iştirakını qeyd etmək istəyirəm.
Layihənin ciddi karantin məhdudiyyəti vaxtında başlamasına və digər
xarici amillərə baxmayaraq, həmkarlarla ünsiyyətin qurulması və
məsafədən iş kifayət qədər effektiv oldu. Komanda layihə üzrə bütün
tapşırıqları uğurla yerinə yetirdi” – RDTEX şirkətinin Maliyyə
həlləri mərkəzinin direktoru Anna Dmitrakova bildirir.


ASC “Xalq” Bankı 2004-cü ildə təsis edilmişdir. Bu gün Xalq Bank
müştərilərin etibarlı tərəfdaşına çevrilmiş və ölkənin aparıcı
bankları sırasında öz yerini tutmuşdur. Xalq Bank müştəri
xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı
olaraq çalışır və bu tədbirlərin mühüm tərkib hissəsi olaraq
rəqəmsallaşmaya və müasir İT-nin tətbiqinə böyük diqqət ayırır.

RDTEX şirkəti (www.rdtex.ru) 1992-ci ildə təsis edilib və 30
ildir ki, müştərilərə biznesin səmərəliliyi və rəqabət
qabiliyyətinin artırılmasına yönəlmiş layihələr həyata keçirir.
RDTEX şirkətinin təqdim etdiyi xidmətlərə idarəetmə konsaltinqi,
informasiya sistemlərinin inkişafı və tətbiqi, texnoloji konsaltinq
daxildir.

Şirkət bu günədək 750-dən çox layihəni uğurla başa çatdırmışdır:
aparıcı qlobal istehsalçılar- korporativ proqram təminatı bazarının
liderləri ABBYY, Arenadata, FICO, Huawei, IBM, Informatica,
Microsoft, Oracle, PIX Robotics, SAS, TmaxSoft, UiPath, Sherpа
Robotics şirkətlərinin proqram təminatlarının bazasında

iri dövlət və kommersiya strukturları üçün unikal məlumat və
analitik sistemlər, texniki həllər yaratmışdır.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı rəsmi
Facebook,
Instagram
səhifələrindən, eləcə də
www.xalqbank.az
saytından və 138 Məlumat mərkəzindən əldə etmək
mümkündür.

Teqlər: