Xalq Bank 2022-ci ilin ilk rübünün yekunlarını açıqlayıb

2022-ci ilin I rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl
banklarından biri olan ASC “Xalq” Bankının aktivləri ötən ilin sonu
ilə müqayisədə 48.1 mln manat artaraq 2 387.5 mln manat təşkil
etmişdir. Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi
kreditlərinin həcmi 1 421.9 mln, depozit portfelinin həcmi isə 1
566.28 mln manat təşkil etmişdir.

Bank 2022-ci ilin ilk rübü ərzində 7.01 mln manat xalis mənfəət
əldə edib. Bankın cəmi kapitalı 449.4 mln manat təşkil
etmişdir.

Xalq Bank əsas maliyyə göstəricilərinə görə bank sektorunda öz
mövqeyini qoruyur və ölkənin üç ən böyük özəl banklarından
biridir.

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı
məlumatı www.xalqbank.az
saytından, 138 Məlumat Mərkəzindən, həmçinin FacebookInstagram
səhifələrindən əldə etmək mümkündür.

Teqlər: