Qardaşımın cənazəsi Bakıya gətirilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında xalq artisti Şəfiqə Məmmədova qardaşı Məmməd Məmmədovun dəfni ilə bağlı danışarkən deyib.
O bildirib ki, qardaşı Moskvada dəfn olunub: “Ailə olaraq belə qərar verildi”.
Qeyd edək ki, Rusiyanın əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskvada vəfat edib. O, Azərbaycanın xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.