Azərbaycan Respublikasının Kino Agentliyinə direktor müavini təyin edilib.
AzerTimes xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Qurban Pirimov bu vəzifəyə təyin edilib.
Xatırladaq ki, o, xalq artisti tarzən Quban Pirimovun nəvəsidir.