Xalq artisti Ağadadaş Ağayevin gözətçi ilə aralarında baş verən mübahisəsində yeni detal nəzərə çarpıb.
AzerTimes xəbər verir ki, görüntülərə əsasən, gözətçinin Ağadadaş Ağayevi baltanın sapı ilə yox, elə öz cibindən düşən maşın açarı ilə vurduğu məlum olub.
Belə ki, Ağadadaş Ağayev baltanı atdıqdan sonra gözətçi, əvvəlcə, xalq artistinə yumruq hücumu edir. Əlbəyaxa dava zamanı isə gözətçinin üzərindən maşın açarı yerə düşür. Gözətçi açarı götürərək, ondan uzaqlaşan sənətçinin üzərinə bu dəfə soyuq silahla gedir və ona zərbələr endirir.
Ağadadaş Ağayevin iyulun 29-u yaydığı üzr videosunda da onun üz-gözünün şişdiyi, gözündə qaraltılar olduğu diqqətdən qaçmayıb.
Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə xalq artistinin baltanı atdıqdan sonra sapın tiyədən ayrıldığı, gözətçinin həmin sapı götürərək, Ağadadaş Ağayevə doğru gəldiyi və ona zərbələr endirdiyi bildirilirdi.