Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır – Nurlan Əzizbəyli

Xəbər - Vüqar İmanov – Trend:

Xalq artisti Ramiz Əzizbəylinin vəziyyəti ağır olaraq qalır, aktyor huşzuz vəziyyətdədir, onun həyatı aparatla dəstəklənir.

Bunu AzerTimes-a aktyorun qohumu, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Nurlan Əzizbəyli deyib.

O bildirib ki, həkimlər aktyorun yanına heç kimi buraxmır: “Həkimlər deyir ki, onun həyatını yalnız möcüzə xilas edə bilər. Biz hamımız onun üçün dua edirik”.

Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı Xalq artisti iki həftədən çoxdur Zığ qəsəbəsindəki modul tipli hospitala yerləşdirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: