“Allah hamını bu bəladan qorusun, mən də çox qorunuram. Hətta zibil atmağa gedəndə belə üz-gözümü bağlayıram. Virusdan dəhşət dərəcədə qorxuram. Yaxın qohumlarımdan yoluxan oldu, indi şükür yaxşıdırlar”.
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
O, virusdan qorunmaq üçün doğmaları ilə də görüşmədiyini bildirib:
“İnanın ki, neçə vaxtdır uşaqlarımla görüşmürəm. Çünki gəlib-getmirlər. Onlar özlərinə görə yox, mənə görə qorxurlar. Çünki səhhətimdə də problemlər var. Hələ gənc vaxtlarımdan təzyiqə görə əziyyət çəkirdim. Onda rəhmətlik həyat yoldaşım məni müalicə üçün Moskvaya aparırdı. Adi zökəm belə olmurdum. İndi nə Valid var, nə də mənim üçün Moskva. Hər gün təzyiqim 220-240 olur. Dava-dərman da kömək etmir. Arsızlığıma salıb dözürəm. Bircə bu koronavirus bəlasından xilas olaq. Başqa heç nə istəmirəm. Çünki pandemiya insanlara çox böyük maddi-mənəvi zərbə vurdu. İnsanların çoxu işsizdir, oturub evdə”.
Cəvahir
www.yenicag.az