Xəbər - Samir Əli – Trend:
Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır.
Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.
Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A. Quliyevin müalicəsi davam etdirilir: “Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti “Yeni Klinika”da müalicə olunur”.
Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.