Xadimə işlədiyi evdən 24 min oğurladı

Xadimə işlədiyi evdən 24 min oğurladı

Bakıda xadimə işlədiyi evdən külli miqdarda oğurluq edib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə iyulun 13-də rayon ərazisindəki mənzillərin birində seyfdən 10000 manat və 8000 avronun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən xadimə, Bakı şəhər sakini R.Cabbarova müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Teqlər: