Xaçmazlı şagird respublika inşa yazı müsabiqəsinin qalibi olub (FOTO)

Təhsil Nazirliyi 8 Noyabr Zəfər Günü ilə əlaqədər olaraq respublika ümüumtəhsil müəssisələrinin 8-11-ci şagirdləri arasında “Zəfər yolu” adlı inşa yazı müsabiqəsi keçirib.

Müsabiqənin respublika turunun iştirakçıları arasında Xaçmaz məktəblisidə yer alıb.
Köhnə Xaçmaz kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Xəlilova Ləman Zamiq qızı 3500 şagird arasında ilk yeri tutan 7 şagirddən biri olub. Bu gün Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev inşa yazı müsabiqəsinin qalibi olan Ləman Xəlilova və onun müəllimləri ilə görüşüb.

İcra başçısı şagird və müəllimlərini təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Ləman Xəlilovanın inşa yazısının respublikada birinci olması Xaçmazlı gənclərin vətənpərvər ruhda böyüməsinin bariz nümunəsi kimi dəyərləndirilib.

Çıxış edən təhsil işçiləri Ləman Xəlilovanın nailiyyətini yüksək qiymətləndirib, uğurların davamlı olmasını arzulayıblar. Sonda qalib olan şagird eləcədə onun müəllimləri Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Teqlər: