Xaçmazın məhsulları Beynəlxalq Biznes Forumda sərgilənir (FOTO)

Xaçmaz rayonu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) məhsullarından ibarət stendlə iştirak edir.

Bu barədə AzerTimes-a açıqlama verən Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Oruclu forum təşkilatçılarının Xaçmaz məhsullarının tanıdılmasına böyük imkan yaratdığını bildirib.

“İkigünlük forumda dünya ölkələrində gəlmiş sahibkarlar Xaçmaz rayonunda istehsal olunan məhsullarla tanış olurlar. Çox sevindirici haldır ki, xarici investorların məhsullarımıza marağı yüksəkdir. Bu, gələcəkdə Xaçmaz istehsalçılarının mallarının xarici ölkələrə çıxışına imkan yaranacaq. Həmçinin xarici investisiya cəlbi ilə rayonda istehsalın həcmi, paralel olaraq da iş yerlərinin sayı artacaq”.

Stentdə Xaçmazda istehsal olunan kənd təsərrüfatı məhsulları, fındıq, müxtəlif növ meyvələr, toxuculuq məhsulları, həmçinin “Qafqaz” Konserv malları sərgilənir. Məhsullar forum iştirakçılarının, foruma gələn qonaqların diqqətini çəkib. Milli Məclisin deputatı Sevil Mikayılova da stendlə tanış olub və sərgilənən məhsullarla maraqlanıb.

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb. Tədbirdə bir sıra ölkələrdən 550-yə qədər iş adamı və dövlət xadimləri iştirak edir. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.

IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.azturkic.world media layihəsidir.

Teqlər: