Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Xaçmaz rayonunda COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədi ilə sakinlərin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Hazırda rayonda yaşı 40-dan yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
AzerTimes-ın məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə peyvənd olunub. Rayon icra hakimiyyətinin başçısı tibb müəssisəsində vaksinasiya prosesinin gedişi ilə də maraqlanıb. Əhalinin sağlamlığı üçün dövlətimizin gördüyü işlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib.
Xaçmaz rayonunda 24291 şəxsin COVİD-19 infeksiyasına qarşı peyvənd olunduğu və prosesin gündəlik olaraq tərtib olunan qrafik əsasında davam etdirildiyi diqqətə çatdırılıb.