Xaçmazın icra başçısı növbəti səyyar qəbulunu Niyazoba kəndində keçirib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli
hüquq mühafizə orqanlarının rəhbərləri Niyazoba kəndində səyyar
qəbul keçirib.

Qəbulda Niyazoba inzibati ərazi dairəsinə daxil olan Əbilyataq,
Qarabağlı, İlxıçı, Ağçay, Qarğalıq, İlxıçı Həsən Əfəndi kəndinin
sakinləri iştirak edib.

İdarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı səyyar
qəbulda vətəndaşlar kəndlər üçün vacib olan təklifləri
səsləndiriblər. Müraciətlər elektrik təsərrüfatının yenilənməsi,
qaz təchizatnın bərpası, içməli və suvarma suyuna olan təlabatın
ödənilməsi, məktəblərin təmiri, pensiya təyinatı, evlərə stasionar
telefon xəttinin çəkilişi və digər sosial sahələri əhatə edib.
Təklifləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı
Elnur Rzayev qaldırılan məsələlərlə bağlı aidiyyatı təşkilatların
rəhbərləri ilə müzakirələr aparıb, həlli istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Teqlər: