Xaçmazın 100-ə yaxın kəndi işıqsız qalıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, güclü külək nəticəsində rayonun 100-ə yaxın yaşayış məntəqəsində – 18 min abonentin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.
Güclü külək rayonun müxtəlif ərazilərində iri gövdəli ağacları aşırıb, həmçinin şəhərin N.Nərimanov küçəsi, 74 A ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyünün 800 kv metr hissəsini uçurub.
Hazırda küləyin fəsadlarını aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində müvafiq işlər aparılır.