Rayonun bütün idarə, təşkilat və müəssisələrinin kollektivləri
yol kənarları, park və xiyabanlar, eləcədə qəbiristanlıqlarda
təmizlik işləri aparıblar.
AzerTimes-ın məlumatına görə, Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev, sakinlərlə birlikdə təmizlik aksiyasında
iştirak edib. Sakinlər Xaçmaz şəhər və Qaraqurdlu
qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman
yaradıblar. Ərazi otlardan və kol-kosdan təmizlənib, vətəndaşların
rahat hərəkəti üçün daxili yollara çınqıl tökülüb.
İməclik çərçivəsində magistral və kənd daxili yolların kənarında
mövcud olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Rayon rəhbərliyi vətəndaşlarla səmimi söhbət zamanı
qəbiristanlıqların təmiz saxlanılmasının vacibliyini
vurğulayıb.
Vətəndaşlar bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib
və təmizlik aksiyalarını mütəmadi olaraq davam etdirəcəklərini
bildiriblər.
Xaçmaz rayonunda anoloji aksiyaların növbəti həftələrdə kənd və
qəsəbələrdə mövcud olan qəbristanlıqlarda təşkil ediləcək.