Sentyabrın 15-də güclü sel səbəbindən uçan körpünün yerində yenisinin inşasına başlanılıb.
Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, inşasına başlanılan sözügedən körpünün kənar dayaqlarının svay işləri yekunlaşıb, hazırda orta dayaqların svay işləri üçün hazırlıq və kənar dayaqların tikintisi üçün qəliblərin quraşdırılması işləri aparılır:
“Sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər. Bu yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb”.