Xəbər - Ceyhun Ələkbərov – Trend:
Xaçmaz Şəhidlər Xiyabanında əsaslı təmir – tikinti və yenidənqurma işləri yekunlaşıb.
Bu barədə AzerTimes-a Xaçmaz Rayon İcra Hakimiyyətindən bildiriblər. Xaçmaz şəhərində şəhidlərin ölməz ruhunun əbədiləşdirilməsi üçün mövcud Şəhidlər Xiyabanında əsaslı təmir – tikinti və yenidənqurma işləri aparılıb.
Ümumilikdə ərazisi 3000 m2 olan xiyabanda 700 m2-ə yaxın yeni yaşıllıq qazon salınıb. 1500 m2 keyfiyyətli beton tavalar (tamet daşları) döşənib. Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhərmanı Yavər Şahbazovun büstü qoyulub, I Qarabağ müharibəsində şəhid olmuş 226 nəfərin, II Qarabağ müharibəsində şəhid olmuş 48 nəfərin və 20 yanvar 1990-cı ildə şəhid olmuş 1 nəfərin xatirə lövhələri yenidən yüksək keyfiyyətlə hazırlanıb.
Şəhidlər Xiyabanın giriş hissəsində Şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən ay – ulduzlu 17 m hündürlükdə rəmzi abidə ucaldılmışdır. Ərazinin işıqlandırılması üçün 8 ədəd işıq dirəkləri, 140 p/m beton bardyurlar qoyulub.
Bundan əlavə, ərazidə nəzarətçilər üçün 2 ədəd nəzərət otağı inşa edilib. Xiyabana qalxan pilləkənlər və rəmzi abidənin önünə mərmər lövhələr düzülüb. Ərazidə 1600 m2 yaxın yüksək keyfiyyətli mərmərdən istifadə olunub. Belə ki, xatirə lövhələrinin yerləşdiyi istinad divarları, qazonların ətarfları, barduyurların üzəri, işıq dirəklərinin oturacaqları yüksək keyfiyyətli mərmərlə üzlənib.