Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus mağazanın qapısının sındırılaraq oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AzerTimes-a bildiriblər ki, müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Goranboy rayon sakinləri Elçin Hüseynov və Pərvin Seyidov saxlanılıblar.
Həmin şəxslərin zərərçəkmişə aid mağazaya girərək müxtəlif növ ərzaq məhsulları, spirtli içkilər, 60 manat məbləğində pul və 3170 manat dəyərində müxtəlif növ siqaretlər oğurladıqları müəyyən edilib.
Faktlar bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.