Xaçmazda Novruz bayramı ərəfisndə şəhid ailələri və Qarabağ qazirləri ilə görüşlər davam edir. Növbəti belə görüş rayonun Çaykənarı kəndində Azərbaycanın Milli Qəhrəmanı Yavər Şahbazovun ailə üzvləri və qazi Ağagül Bayramovla keçirilib. Rayon rəhbərliyi əvvəlcə Çaykənarı və Gödəkli kədnlərindən olan Qarabağ qaziləri ilə birlikdə Milli Qəhrəman Yavər Şahbazov və Vətən müharibəsi şəhidi Nazir Xurşudovun məzarını ziyarət edib, ruhlarına dualar oxunub. Qarabağ qaziləri ilə söhbət edilib, qayğı və problemləri ilə maraqlanılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, görüşlərdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsi daim yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan döyüşlərdə ordumuz bütün dünyaya qüdrətini sübut edərək, şəhidlərimizin qanı yerdə qalmayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Novruz bayramı ərəfəsində qazi Ağagül Bayramovuda ziyarət edib. Rayon rəhbəri şəhid ailələrinin və Qarabağ qazilərinin daim qayğı ilə əhatə olunacağını, onların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.