Xaçmazda kütləvi dava: iki qardaş döyüldü

Xaçmazda kütləvi dava: iki qardaş döyüldü

Xaçmaz rayonunda kütləvi dava olub, iki qardaş xəsarət alıb.

AzerTimes xəbər verir ki, rayon sakinləri, 1988-ci il təvəllüdlü Müzəffər Eyvaz oğlu Məhərrəmov və onun qardaşı, 1979-cu il təvəllüdlü Məlik Eyvaz oğlu Məhərrəmovun tanıdıqları şəxslərlə aralarında mübahisələri düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə Məhərrəmov qardaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: