Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var.
AzerTimes Report-a istinadən xəbər verir ki, rayonun Şimali kənd sakini – 1978-ci il təvəllüdlü Ramik Ramiz oğlu Rüstəmov Nabran kəndi ərazisində Cami Nizam oğlu Zalov ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb.
Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini – 1978-ci il təvəllüdlü Şöhrət Gülmət oğlu Şıxmətov isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb.
Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.