Xaçmazda COVID-19 pasportu olmayanlar toya buraxılmadı (FOTO)

Xaçmaz rayonunda toy, nişan, ad günləri və sair kimi şənlik mərasimlərinin COVID-19 təhlükəsi ilə əlaqədar tətbiq edilən məhdudiyyət tələblərinə uyğun keçirilməsinə nəzarət məqsədilə yoxlamalar davam etdirilir.

Rayon polis şöbəsinin əməkdaşları müxtəlif ərazilərdə fəaliyyət göstərən bir neçə şadlıq sarayında vaksinasiya ilə əlaqədar yoxlama aparıb. Şadlıq saraylarının girişində aparılan yoxlamalar zamanı peyvənd olunmadan məclisdə iştirak etmək istəyən şəxslər geri qaytarılıb.

Qeyd edək ki, Xaçmaz rayonunun mövcud olan şadlıq saraylarında və həyətlərdə təşkil olunan məclislərə mütəmadi olaraq nəzarət olunur. Əhalinin sağlamlığı və təhlükəsizliyinə xidmət edən reydlər sakinlər tərəfindən razılıqla qarşılanır.


Teqlər: