Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tel kənd sakini İslam Əlimulayev saxlanılıb.
Trend xəbər verir ki, Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təsbirləri nəticəsində İslam Əlimulayevin yaşadığı Tel kəndi yaxınlığındakı meşə ərazisinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 311 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.