Xəbər - Ceyhun Ələkbərov – Trend:
Xaçmazda ayın 20-dən başlayan vaksinasiya prosesində indiyə qədər 272 nəfərə vaksin vurulub.
Bu barədə AzerTimes-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildiblər. Qeyd olunub ki, bu günə kimi peyvənd olunan şəxslərin hər biri tibb işçiləridir:
“Ayın 20-sindən peyvənd prosesinə başlamışıq. İlk gün 21 nəfər peyvənd olundu, daha sonra müvafiq olaraq 88, 66, 77, bu gün isə hələlik 20 nəfər peyvənd olunub, ancaq günün sonuna kimi bu rəqəm artacaq. Xəstəxanada vaksinasiya üçün 6 otaq ayrılıb. Həmin otaqlardan birində vaksinasiyadan sonra pasiyenlər yarım saat ərzində nəzarət altında saxlanılır”.
Xaçmaz rayon xəstəxanası Xudatda da peyvəndləmə aparır. Orada da vaksinasiya prosesi normal qaydada davam edir. Bu günə kimi 107 nəfər peyvənd olunub.
Əlavə olunub ki, vaksinasiya üçün sıravi vətəndaşlar da müraciət edir. Onlar daha çox 60 yaşdan yuxarı olanlardır. Xatırladaq ki, fevralın 1-dən yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiyası başlayacaq.