Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu

Xaçmazda 23 yaşlı gənc süni göldə boğuldu

Xaçmaz rayonunun Ağaverdioba kəndində 23 yaşlı Fərid Əliyev bağda ehtiyatsızlıqdan suvarma üçün istifadə olunan süni gölə düşüb.

AzerTimes xəbər verir ki, sudan çıxa bilməyən gənc boğularaq ölüb.

F.Əliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: