Xaçmazda 22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı qeyd edilib (FOTO)

Xaçmazda 22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. İcra başçısı Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.


Xaçmaz rayon Məhkəməsinin sədri Xıdır Quliyev eləcədə digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsi, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatların aparılması, insan hüquqlarının etibarlı təmin olunması, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması istiqamətində görülən ardıcıl tədbirlərdən bəhs ediblər.

Ədliyyə işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Teqlər: