Xaçmaz RİH başçısı İkinci dünya müharibəsi iştirakçısını evində ziyarət edib (FOTO)

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Böyük Vətən müharibəsinin iştirakçısını evində ziyarət edib

İcradan AzerTimes-a verilən məlumata görə, icra başçısı Elnur Rzayev faşizm üzərində qələbənin 76-c ildönümü münasibətilə Aşağı Zeyid kəndində Böyük Vətən müharibəsinin iştirakçısı 94 yaşlı Məhəmməd Məmmədovla yaşadığı ünvanda görüşüb.

İcra başçısı veteranı təbrik edərək, ona xoş arzularını çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Hər il ölkə başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilir. Xaçmaz rayonunda da belə görüşlərin ənənəvi xarakter daşıması veteranlara olan qayğının bariz nümunəsidir. Böyük Vətən müharibəsinin iştirakçısı Məhəmməd Məmmədov da öz xatirələrini danışaraq onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Görüşün sonunda veterana rayon icra hakimiyyəti tərəfindən hədiyyə və sovqat verilib.

Teqlər: