Xaçmaz RİH başçısı Elnur Rzayev və millət vəkili Sevil Mikayılova Qusarçay kəndində səyyar qəbul keçirib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və millət
vəkili Sevil Mikayılova Qusarçay kəndində səyyar qəbul keçirib.

İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, qəbulda
Qusarçay inzibati ərazi dairəsinə daxil olan Həsənqala,
Ağaverdioba, Balaqusarqışlaq kəndinin sakinləri iştirak edib.

Yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin qatıldığı səyyar qəbulda vətəndaşlar kəndlər üçün
vacib olan təklifləri səsləndiriblər. Mürcaiətlər kənd daxili
yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi, qaz
təchizaının bərpası, əlavə subartezian quyusunun qazılması, rabitə,
internet və digər sosial sahələri əhatə edib.


Təklifləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev qaldırılan məsələlərlə bağlı aidiyyatı
təşkilatların rəhbərləri ilə müzakirələr aparıb, həlli
istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər
yerindəcə həll edilib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Teqlər: