Xaçmaz Rayon İcra Hakimiyyətində yerli şair və yazarlarla görüş keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətində yerli şair və yazarlarla görüş keçirilib.

İcradan AzerTimes-a verilən məlumaya görə, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ədəbi mühitin formalaşması və şair yaradıcılığının inkişafı üçün belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə Xaçmaz rayonunda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclsinin üzvləri də öz töhfəsini verib. Yerli şairlərin hər bir xaçmazlı şəhid üçün yazdığı şeirlər illər boyu dillər əzbəri olacaq.

Çıxışlar zamanı Xaçmazda görülən işlərə, o cümlədən Şəhidlər Xiyabanının müasir formada yenilənməsinə, Zəfər Parkının inşasına, Xudat şəhərində aparılan geniş miqysalı quruculuq işlərinə, yüksək dəyər verilib.

Görüş iştirakçıları təkliflərlə də çıxış ediblər. Yazarlar Xaçmaz şəhərində “Poeziya evi”nin inşasının vacibliyini vurğulayıblar. Rayon icra Hakimiyyətinin başçısı Elnur Rzayev səsləndirilən təklifləri müsbət dəyərləndirib və həlli istiqamətində çalışacaqlarını bildirib.

Şairlər yaradıcı insanların əməyinə verilən qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda 65 yaşı tamam olan şair Böyükağa Ağayev Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyəsi ilə müküfatlandırılıb.

Teqlər: