Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş arasında qısa görüş olub.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib.
Görüşlə bağlı danışan Ermənistan prezidenti hər iki ölkənin münasibətlərdə yeni mərhələyə qədəm qoyduğunu, tərəflərin nizamlanma məsələlərini müzakirə etmək fürsətini əldən vermədiyini bildirib.
Qeyd olunub ki, görüş Aşqabadda baş tutub.