Xaçatryana xiyar gətirdilər: Bundan fərqlənmirsən! – Video

Xaçatryana xiyar gətirdilər: Bundan fərqlənmirsən! – Video

Müqavimət hərəkatının tərəfdarları Ermənistan Konstitusiya Məhkəməsinin binasına yürüş ediblər. Onlar orada zəncirlənmiş Konstitusiya və qələmlər qoyublar. Yürüş iştirakçıları Ermənistanın Baş nazirinin de-fakto Konstitusiya Məhkəməsini qəsb etdiyini bildiriblər.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Daha sonra etirazçılar prezident iqamətgahına doğru yürüş ediblər.

“Prezident Konstitusiyanın təminatçısıdır. Amma bu gün o, heç bir iş görməyən, bir nəfərin əmrini yerinə yetirən bağ bitkilərinin nümayəndəsidir. Bu prezident öz davranışı ilə sübut edir ki, xiyardan heç nə ilə fərqlənmir. Bu, sonuncunun şəxsiyyətinə deyil, davranışına və fəaliyyətinə verilən qiymətdir”, – Daşnaksütyunun gənc fəalı Sevak Nazaryan deyib.

Bu sözlərdən sonra etirazçılar xiyar atmağa başlayıb və Ermənistan Milli Assambleyasının binasına doğru hərəkət ediblər.

Teqlər: