Xaçatryan sahibkarlarla birgə İraqa getdi

Xaçatryan sahibkarlarla birgə İraqa getdi

Ermənistan Prezidenti Vaaqn Xaçatryan İraqa rəsmi səfərə gedib.

AzerTimes xəbər verir ki, erməni mediası onun səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid və Baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşəcəyini yazıb.

O, həmçinin Ərbilə səfər edəcək və burada İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani və İraq Kürdüstanının prezidenti Neçivan Bərzani ilə görüşlər keçirəcək.

Vaaqn Xaçatryanın İraq və İraq Kürdüstanının erməni icmalarının nümayəndələri ilə də görüşəcəyi bildirilib. Ermənistan prezidentinin nümayəndə heyətinin tərkibində sahibkarlar da İraqa gedib və biznes forumda iştirak edəcəklər.

Qeyd edək ki, bu gün Xaçatryan Küveytin Ermənistandakı səfiri ilə də görüşüb və iqtisadi əlaqələri müzakirə edib.

Teqlər: