Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daimi sədri vəzifəsindən geri çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan sərəncam imzalayıb.
Xaçatryanın digər sərəncamı ilə Biyaqov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında daimi nümayəndəsi təyin edilib.