Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi keçirilib.
AzerTimes xəbər verir ki, məhkəmə iclası zamanı Xaçatryan işgəncə verdiyi azərbaycanlılardan biri – I qrup Qarabağ əlili Mail Məmmədovla üzləşib.
M.Məmmədov Xaçatryana, “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” (əl qumbarası – red.) atdın, sonra qaçdın dalımca” deyə xatırladıb.