Xaçatryan Bayrama səsləndi: Qadan alım, sənin atanla…

Xaçatryan Bayrama səsləndi: Qadan alım, sənin atanla…

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə ittiham olunanlardan biri – Vaqif Xaçatryanın növbəti məhkəmə prosesi keçirilir.

AzerTimes xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baş tutan iclasda zərərçəkmiş Hacıyev Bayram çıxış edib.

H.Bayram qeyd edib ki, o vaxt cavan idi, 20 yaşı var idi:

“Həmən günün səhəri hamı “Vaqif, Vaqif” deyirdi. Bir də kəndə səs yayıldı ki, Vaqifin dəstəsi gəlir. Kənd camaatı Vaqifi tanıyırdı. Amma mən əsgərlikdən təzə gəlmişdim deyə, Vaqifi şəxsdən tanımırdım”.

Vaqif cavab olaraq bildirib ki, orada olmayıb:

“Sən mənim adımı necə bilirsən? And içirəm ki, orada olmamışam. Sənin dədən Həsənlə çox yaxın olmuşam. Qadan alım, mən çox yaxşı biri olmuşam. Pis adam olmamışam”.

Teqlər: